Əgər Putin nüvə silahından istifadə edərsə, ABŞ və müttəfiqləri Ukraynadakı rus əsgərlərini və texnikasını məhv edərək, Qara dənizdəki gəmilərini batırar.
Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq direktoru Devid Petreus deyib. O, Moskva liderinin çarəsiz olduğunu bildirib:
"Təbii ki, biz kağız üzərində danışırıq, amma belə olan halda biz NATO-ya rəhbərlik edib Rusiyanın Ukrayna və Krımda silahlarını birlikdə məhv edəcəyik”.
Petreus Rusiyanın nüvə silahından istifadə edəcəyi təqdirdə NATO-nun 5-ci maddəsinin qüvvəyə minməyəcəyini də xüsusi vurğulayıb:
"Lakin radiasiya NATO üzvü olan ölkələrə çatarsa, o zaman 5-ci maddə tətbiq oluna bilər”, - o deyib.
Qeyd edək ki, NATO-nun 5-ci maddəsində bu təşkilata üzv olan hər hansı ölkəyə hücum olarsa, bütün NATO-ya üzv ölkələrin hərəkətə keçərək həmin ölkəyə dəstək verməli olduğu öz əksini tapıb./olke
7NEWS.Az








