Rusiya Prezidenti Vladimir Putin hava şəraitinə görə Pskova gedə bilməyib.
7NEWS.Az xəbər verir ki, bu barədə Putin özü bildirib.
Pskov vilayətində Titan-Polimer zavodunun açılış mərasimini videobağlantı vasitəsilə açan Vladimir Putin hava şəraiti ilə əlaqədar şəxsən regiona səfər edə bilmədiyini açıqlayıb.
"Biz bugünkü xoş tədbiri şəxsən keçirməyə razılaşdıq, lakin təəssüf ki, hava şəraitinə görə Sankt-Peterburqdan uça bilməyəcəyik", deyə Putin qeyd edib.
7NEWS.Az








