RU
Putin Ukrayna mədəniyyətini yer üzündən silməyə çalışır - Bayden
17:30
336

Putin Ukrayna mədəniyyətini yer üzündən silməyə çalışır - Bayden

ABŞ prezidenti Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsini növbəti dəfə sərt şəkildə pisləyib.

ABŞ prezidenti Co Bayden  Rusiya prezidenti Vladimir Putin məktəblərə, uşaq bağçalarına, xəstəxanalara və muzeylərə hücum edərək "ukraynalıların mədəniyyətini və kimliyini yer üzündən silməyə" çalışdığını bəyan edib.
"Rusiyanın hücumlarının yeganə məqsədi mədəniyyəti məhv etməkdir. Bu, qanunun aliliyinə əsaslanan beynəlxalq nizamın fundamental prinsiplərinə birbaşa hücumdur", - qeyd edən  Bayden bu fikirlərini ABŞ Hərbi Dəniz Akademiyasının məzunları qarşısında çıxışında deyib. 

Putinin başlatdığı müharibəni pisləyən Ağ Ev rəhbəri  Rusiyanın təcavüzünə qarşı mübarizədə qlobal əməkdaşlığın gücünü yüksək qiymətləndirib. O deyib ki, Putin İsveç və Finlandiyanı müdafiə alyansına qoşulmağa sövq etməklə "bütün Avropanı NATO-da birləşdirib”./olke
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ