RU
Putinin qamətgahına gedən yol anti-dron torları ilə örtülüb
17:20
27

Putinin qamətgahına gedən yol anti-dron torları ilə örtülüb

Rusiyanın Novqorod vilayətinin Valday rayonunda yerləşən M-10 magistral yolunda anti-dron torları quraşdırılıb.
Konstruksiyalar Rusiya Prezidenti Vladimir Putinin iqamətgahından 10 kilometrdən az məsafədə yerləşən yük maşınları üçün dayanacaqların üzərinə çəkilib.

Qeyd olunur ki, bu qurğular 2025-ci ilə aid Yandex Maps panoramalarında və Google Maps-in peyk görüntülərində müşahidə edilmir ki, bu da onların yaxın vaxtlarda quraşdırıldığını göstərir.

Bənzər qoruyucu torlardan Ukraynadakı müharibə zonasında geniş istifadə olunur. Onlar nəqliyyat vasitələrini kiçik pilotsuz uçuş aparatlarından və həmin dronların daşıdığı sursatlardan qorumaq məqsədi daşıyır.

Conflict Intelligence Team təşkilatının təsisçisi Ruslan Leviyevin fikrincə, torlar Ukraynanın həyata keçirdiyi və "Hörümçək toru" adı ilə tanınan əməliyyatdan sonra iqamətgahın yaxınlığında park edilmiş yük avtomobillərindən dronların buraxılması riskinin qarşısını almaq üçün quraşdırılmış ola bilər.

Rusiya rəsmiləri məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ