RU
Qadın ərini qarətçilərdən belə qorudu - VİDEO
17:07
381

Qadın ərini qarətçilərdən belə qorudu - VİDEO

Qarətçilərin zərgərlik məmulatları ilə bağlı sifarişləri çatdıran kişiyə hücumu uğursuzluqla nəticələnib. Hadisənin görüntüləri ərazidə olan mağazaya quraşdırılan müşahidə kamerası tərəfindən qeydə alınıb.

Bu barədə "Haber Global” məlumat yayıb.

Hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Xanımı ilə birlikdə sifarişi çatdırmaq istəyən kuryer küçədə qarətçilərin hücumuna məruz qalıb.

Həmin vaxt kişinin əlində bir milyon lirə dəyərində üç kiloqram qızılla dolu çamadan olub. Qarətçi çamadanı kişinin əlindən almağa çalışıb. Qadın isə çamadandan möhkəm yapışaraq əlindən buraxmayıb. Hətta hücum edən şəxs qadına qarşı elektroşokdən istifadə etdikdə belə o, camadanı buraxmayıb. Qadının səsinə ərazidə olan mağazadan köməyə gəliblər.

Soyğunçular təşvişə düşüb və çamadanı götürmədən hadisə yerindən qaçıblar.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ