RU
12:10
283

"Qalatasaray"da şok: İki futbolçu oyun zamanı əlbəyaxa oldu - FOTO/VİDEO

Türkiyə Super Liqasının ilk turunda bir qədər əvvəl başa çatan "Giresunspor" - "Qalatasaray" matçında (0:2) xoşagəlməz anlar yaşanıb.

Matçın ikinci hissəsində "Qalatasaray"ın iki futbolçusu - Markao və Kerem Aktürkoğlu  dalaşıb.

Mübahisədən sonra braziliyalı futboloçu Keremin üzərinə yeriyərək ona kəllə atıb, ardınca isə ona iki yumruq zərbəsi endirib. Buna görə hakim Markaoya qırmızı vərəqə göstərərək onu meydandan qovub.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ