RU
Qanunsuz abort edənləri 2 illik həbs cəzası gözləyir
21:40
335

Qanunsuz abort edənləri 2 illik həbs cəzası gözləyir

Azərbaycanda qanunsuz abort etməyə görə yeni cəza növü tətbiq ediləcək.

Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik edilir.

Məcəllənin 196.3-cü (Qanunsuz abort etmə) maddəsinə əsasən, həkim tərəfindən tibb müəssisələrindən kənarda və xüsusi ali tibbi təhsili olmayan şəxs tərəfindən abort etməklə zərərçəkmiş şəxsin sağlamlığına ehtiyatsızlıqdan ağır zərər vurulduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

 

Dəyişikliklə yeni cəza növü olaraq, maddənin sanksiyasına 2 ilədək azadlığın məhdudlaşdırılması əlavə olunur. /report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ