Qərbi Zəngəzurda hərbçilərin olduğu avtomobl qəzaya uğrayıb.
Hadisə avqustun 4-də 19:00 radələrində Zəngəzurun (Syunik) Sevliç-Akner yolunun 6-cı kilometrində baş verib. Belə ki, "Toyota Hilux”-un 32 yaşlı sürücüsü idarəetməni itirərək aşıb.
Qəza nəticəsində avtomobildə olan 3 nəfər ciddi xəsarətə alıb. Xəsarət alanlar Gorus xəsətəxansına yerləşdirilib. Məlumata görə, xəsarət alan şəxslər 2016-cı il Aprel və 44 günlük döyüşlərdə iştirak edən Vova Vardanovun dəstəsinin üzvləridir./olke
7NEWS.Az








