Qaradağ rayon prokurorluğundan APA-ya verilən məlumata görə, meyitin xarici müayinəsi zamanı bədəni üzərində hər hansı bir xəsarət və ya xəsarət izləri, o cümlədən zorakılıq əlamətləri aşkar edilməyib.
İlkin araşdırmalarla mərhumun son 8-10 il ərzində Şahqaya daş karxanaları kompleksi ərazisində yaşamaqla tüfeyli həyat tərzi keçirmiş "Saşa” adı ilə çağırılan şəxs olması müəyyən olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.








