7News.az xəbər verir ki, Yunanıstanın Qavdos adası yaxınlığında 77 qeyri-qanuni miqrantı daşıyan qayığın batması nəticəsində bir nəfər həlak olub, 25 nəfər isə itkin düşüb. Yunanıstan Sahil Mühafizəsi 51 nəfərin xilas edildiyini və əlavə qayıqların cəlb olunması ilə axtarış-xilasetmə əməliyyatına başlanıldığını açıqlayıb.








