RU
Qazaxıstan öz səfirliyini Ukraynadan təxliyə etməyə hazırlaşır
15:00
59

Qazaxıstan öz səfirliyini Ukraynadan təxliyə etməyə hazırlaşır

Qazaxıstanın Xarici İşlər Nazirliyi Ukraynadakı səfirliyinin əməkdaşlarının təxliyə edilməsi məsələsini nəzərdən keçirir. 

7News.Az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstan XİN-in rəsmi nümayəndəsi Aybek Smadiyarov açıqlayıb. 

"Hazırda müzakirə olunan məsələ səfirliyin bağlanması deyil, səfirlik əməkdaşlarının təxliyyəsidir. Bu məsələ yaxın günlərdə həll olunacaq. Böyük ehtimalla əməkdaşlar tam olaraq təxliyə ediləcək”, - deyə Smadiyarov qeyd edib. 

Bununla belə, diplomatik personalın məhz hansı şəhərə təxliyə olunacağı açıqlanmayıb. 

Qeyd edək ki, Qazaxıstanın Kiyevdəki səfirliyi oktyabrın 10-u öz vətəndaşlarına müraciət edərək onları Ukraynaya səfər etməkdən çəkinməyə və imkan olduğu təqdirdə ölkəni tərk etməyə çağırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ