Qazaxıstanda hava şəraitinin kəskin pisləşməsi səbəbindən Xəzərdə təlimlər zamanı 19 hərbçini axın aparıb, onlardan doqquzu həlak olub.
Bu barədə Qazaxıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Hadisə sentyabrın 24-də Manqistau vilayətində Xəzər dənizi sahilində təlim-döyüş tapşırığı yerinə yetirilərkən baş verib.
Qurumdan qeyd olunub ki, üç hərbçi xilas edilib, o cümlədən biri xəstəxanaya yerləşdirilib.
Digərlərinin axtarışı aparılır.








