RU
Qazaxıstanda “McDonald's” lövhələri belə söküldü - Video
16:30
201

Qazaxıstanda “McDonald's” lövhələri belə söküldü - Video

"McDonald's” restoranlar şəbəkəsi Qazaxıstanda sözügedən brend altında fəaliyyətini dayandırıb.

Bu barədə məlumatı şirkətin Qazaxıstan nümayəndəliyinin Mətbuat xidməti yayıb. 

Məlumata görə, restoranların bağlanmasına səbəb məhsul təchizatına mane olan müəyyən məhdudiyyətlər olub. 

Yaxın zamanlarda restoranlar şəbəkəsinin Qazaxıstanda yeni adla restoranlar açması barədə məlumat veriləcəyi gözlənilir. 

Bununla yanaşı, ölkədə artıq restoranlardan "McDonald's”ın lövhələrinin sökülməsinə başlanılıb. 

Qeyd edək ki, ötən ilin noyabrın 18-i "McDonald's” Qazaxıstanda öz işini müvəqqəti olaraq dayandırdığını açıqlamışdı.

 

 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ