RU
Qəbizliyi aradan qaldıran bitkilər
12:00
672

Qəbizliyi aradan qaldıran bitkilər

Qəbizlik əsasən qeyri-sağlam qidalanma nəticəsində, istər qadın, istərsə də kişilərdə tez-tez rast gəlinən xəstəlikdir. Əgər bu xəstəlik xroniki hal alıbsa, mütləq həkimə gedin.

7News.Az Publika.az-a istinadən bu yazıda oxucuları qəbizliyə müsbət təsir edən bitkilərlə tanış edir:

Qəbizliyə yol açan səbəblər:

Pəhriz;

Həddindən artıq süd məhsullarının istifadəsi;

Yüksək miqdarda şəkərli məhsullar yemək;

Bağırsaq sindromu;

Parkinson xəstəliyi, nevroloji xəstəliklər;

Hərəkətsizlik;

Hamiləlik;

İstifadə edilən dərmanlar;

Qəbizliyi aradan qaldıran möcüzəvi bitkilər

Kassiya (Sinameki): Bitkinin yarpaqlarına bağırsaqların əzələ divarlarına təsir edən antrakinon maddələri daxildir. Bu maddə bağırsaqların fəaliyyətini aktivləşdirir və tullantıların xaric olunmasına yardım edir. Buna baxmayaraq, həddən artıq istifadəsi məsləhət görülmür.

Razyana: Razyana toxumları qalın bağırsaqları təmizləmək üçün yüz illərdir ki, dərman bitkisi kimi istifadə edilir. İltihab önləyici xüsusiyyətləri sayəsində bağırsaq xəstəliklərinə müalicəsimə müsbət təsir göstərir. İfrat dərəcədə istifadə etmək olmaz.

Keşniş: Qəbizlik üçün ən yaxşı çaylardan biridir, eyni zamanda qazı aradan qaldırmaq üçün istifadə edilə bilər. Bu çayın istifadəsi bağırsaqların fəaliyyətini yaxşılaşdırır və yoğun bağırsağı nəcisdən təmizləyir.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ