Braziliyada 31 yaşlı qadın ərinin başqa bir qadınla içki içdiyi məkana silahlı hücum edib. Saniylərlə qeydə alınan hadisə zamanı qadının silahla vurduğu 26 yaşlı qadın həyatını itirib.
Moderator.az xəbər verir ki, görüntülərdə masadakı digər şəxslər silahlı qadını görən zaman qaçmağa çalışıb. Qorxu dolu anlarda restoranda olan 26 yaşlı başqa bir şəxsin yaralandığı bildirilib.
Polis tərəfindən yaxalanan qadın ərinin davamlı olaraq hadisənin baş verdiyi restoranda qadınlarla görüşdüyü, ərinin ətrafındakı qadınları kənarlaşdırmaq üçün havaya atəş açdığını və öldürdüyü qadını tanımadığını söyləyib.
Kamran
7NEWS.Az








