RU
Qızıl yenidən bahalaşdı
20:04
24

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib.

Spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı.

ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasından sonra ABŞ istiqrazlarının gəlirliliyinin azalması qızılın qiymətinə təzyiqi zəiflədib.

Eyni zamanda, neftin qiymətinin ardıcıl üçüncü gün ucuzlaşması enerji xərclərinin inflyasiyaya təsiri ilə bağlı narahatlıqları azaldıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ