RU
Qızını boğan atanın ifadəsi dəhşətə gətirir - FOTO
17:50
386

Qızını boğan atanın ifadəsi dəhşətə gətirir - FOTO

İstanbulda (Türkiyə) 20 yaşlı qızını boğub öldürdükdən sonra damarlarını kəsib intihar etmək istəyən ata həbxsanaya göndərilib.

7News.Az haberler.com-a istinadən xəbər verir ki, ata bu azmış kimi evi də yandırmaq istəyib. Xəstəxanada polisə verdiyi ifadədə qızının özü-özünü boğduğunu və onu xilas edə bilmədiyi üçün damarlarını kəsdiyini iddia edib. Həbs olunan ata evdəki yanğını isə şamdan törənə biləcəyini deyib.

"Qızım özünü boğdu, xilas edə bilmədim", - deyən kişinin yalan söylədiyi müəyyən edilib. Hadisəni nədən törətdiyi araşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ