RU
Qızını zəhərləyib öldürən ananın məhkəməsi başlayır
19:40
604

Qızını zəhərləyib öldürən ananın məhkəməsi başlayır

Bakı Ağır Cinayətlər Məhkəməsində 5 yaşlı qızını südə zəhər qataraq öldürməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın məhkəmə prosesi başlayır.

Pprosesə hakim Ramella Allahverdiyeva sədrlik edəcək. İlkin hazırlıq iclası oktyabrın 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin iyun ayının 14-də Qusar rayonunun Hil kəndində baş verib. Kənddə fermada yaşayan Gülnarə Saypullayeva qızı, 5 yaşlı Luiza Saypullayevanın qəflətən ölməsi barədə polisə məlumat versə, azyaşlının zəhərlənərək öldürüldüyü müəyyənləşib. G.Saypullayeva ilkin ifadəsində qızını ilan sancdığını deyib. Amma ekspertizanın rəyindən sonra məlum olub ki, 5 yaşlı Luiza zəhərlənib. Bundan sonra ana həqiqəti etiraf edib və südə zəhər qataraq uşağına içirtdiyini deyib/qafqazinfo

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ