Avtomobil dərəyə yuvarlandı - Xəsarət alanlar var

Avtomobil dərəyə yuvarlandı - Xəsarət alanlar var

Bakı istiqamətində hərəkətdə olan "VAZ 2106" markalı avtomobil "Gəncə qapıları"nın yaxınlığında yoldan çıxaraq dərəyə aşıb.

7News.Az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, nəticədə minik maşını tam yararsız hala düşüb, müxtəlif xəsarətlər alan sürücü - 23 yaşlı Goranboy rayon sakini Röyal Quliyev və sərnişini - 27 yaşlı Gəncə şəhər sakini Sevinc Məmmədova Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Sürücü travmatologiya, vəziyyəti daha ağır olan qadın sərnişin isə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktın araşdırılmasına başlanılıb.

7News.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var

 

 

 

 

 

Xəbər lenti