RU
Qonşu ölkədə koronavirus tüğyan edir - Yoluxanların sayı kəskin artdı
13:50
593

Qonşu ölkədə koronavirus tüğyan edir - Yoluxanların sayı kəskin artdı

Gürcüstanda koronavirusla bağlı son statistika açıqlanıb.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Qonşu ölkədə son sutkada koronavirusa 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 410 nəfər müalicə olunaraq sağalıb, daha 18 nəfər isə vəfat edib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 395 621 nəfərdə aşkarlanıb. Onların 369 483-ü sağalıb, 5 636-sı isə dünyasını dəyişib.

Aktiv xəstə sayı 20 476 nəfər təşkil edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ