RU
Quba sakinindən qanunsuz saxlanılan ov tüfəngi götürülüb - FOTO
13:50
384

Quba sakinindən qanunsuz saxlanılan ov tüfəngi götürülüb - FOTO

Quba Rayon Polis Şöbəsinin Qonaqkənd Polis Bölməsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə uğurlu əməliyyat-axtarış tədbiri keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən 7News.Az-a verilən məlumata görə, PB-nin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Qonaqkənd qəsəbə sakini Aydın Nəsirova məxsus fərdi yaşayış evinin həyətində yerləşən tövlənin damından bir ədəd müvafiq sənədləri olmayan "İj-16" markalı ov tüfəngi və 12 ədəd patron aşkar edilərək götürüblər.

Faktla bağlı araşdırma aparılır. Həmin silahın hər hansı bir cinayət hadisəsində istifadə edilib-edilməməsi araşdırılır.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ