RU
Rusiya Sumı vilayətində bazarı dronla vurub, azı 10 nəfər yaralanıb
12:30
27

Rusiya Sumı vilayətində bazarı dronla vurub, azı 10 nəfər yaralanıb

Rusiya ordusu Ukraynanın Sumı vilayətində bazara pilotsuz uçuş aparatı ilə zərbə endirib.

Bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov "Telegram" kanalında məlumat yayıb.

"Hazırda 10 nəfərin yaralandığı məlumdur. Onlardan ikisinin vəziyyəti ağırdır”, –Qriqorov bildirib.

Onun sözlərinə görə, yaralılara tibbi yardım göstərilir, zərərçəkənlərin xəstəxanaya çatdırılması davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ