RU
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
12:50
27

Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ

Avqustun 8-də gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Azərbaycanın rayonlarında hava necə olacaq?

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-27° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ