7News.az xəbər verir ki, Google istifadəçilərin məkan məlumatlarının emalı ilə bağlı qanunilik, ədalətlilik və şəffaflıq prinsiplərinə əməl etmədiyi üçün Avropada ciddi sanksiyalarla üzləşib. Aİ-nin fərdi məlumatlar üzrə tənzimləyici qurumu texnologiya nəhəngini 403 milyon avro məbləğində cərimələyib və ona məlumatların emalı təcrübələrini düzəltmək üçün altı ay vaxt verib.