RU
Qubernatorun cinayətlərini gizlədən köməkçi istefa verdi
15:50
634

Qubernatorun cinayətlərini gizlədən köməkçi istefa verdi

Nyu-York şəhəri merinin baş köməkçisi istefa verib. 

7News.Az "Reuters” istinadla xəbər verir ki, ştatın qubernatoru Endrü Kuomo 11 qadını cinsi qısnamaya məruz qoyub.

Bu barədə Nyu-Yorkun baş prokuroru məlumat yayıb.

Qubernatorun katibi Melissa DeRosanın istefası qubernatorun hərəkətlərini ört -basdır etmək və onu ittiham edənlərdən birindən qisas almaq cəhdləri ilə əlaqələndirilib.

Baş prokuror Kuomonun qanunu pozaraq 11 qadını əllədiyini, öpdüyünü və ya yersiz atmacalar atdığını bildirib. Bu da cinayət işi açmaq üçün əsas, habelə istefa və ya impiçment çağırışlarına səbəb olub.

Kuomo istefa verməkdən imtina edir, lakin tezliklə ştat qanunvericiləri tərəfindən impiçment və işdən çıxarılma ilə üzləşə bilər.

Nyu-York Əyalət Assambleyasının Məhkəmə Komitəsi Bazar ertəsi gününə impiçment görüşü təyin edib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ