RU
Quterreş: “2023-cü ildə Ukraynada münaqişənin bitməsinə nail olmaq mümkündür”
22:40
317

Quterreş: “2023-cü ildə Ukraynada münaqişənin bitməsinə nail olmaq mümkündür”

"Ukraynada sülh danışıqları yaxın gələcəkdə çətin ki mümkün olsun, hərbi qarşıdurma davam edəcək".

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə BMT Baş katibi Antoniu Quterreş bildirib.

"Yaxın gələcəkdə effektiv sülh danışıqlarının mümkünlüyü ilə bağlı nikbin deyiləm. Hesab edirəm ki, hərbi qarşıdurma davam edəcək və ciddi sülh danışıqlarının mümkün olacağı anı hələ gözləməli olacağıq. Yaxın gələcək üçün bunu görmürəm, ona görə də səyləri vəziyyətin digər aspektlərinə - taxıl müqaviləsinin səmərəliliyinin artırılmasına, ona yeni komponentlərin daxil edilməsinə, yəni ammonyakın ixracının əlavə edilməsinə yönəldirik. Biz, həmçinin əsirlərin mübadiləsinin sürətləndirilməsində də maraqlıyıq”, - A.Quterreş deyib.

BMT Baş katibi hesab edir ki, 2023-cü ildə Ukraynada münaqişəyə son qoyulmasına nail olmaq mümkündür.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ