RU
Quterreş Şimali Koreyanın raket atışlarını pisləyib
00:30
235

Quterreş Şimali Koreyanın raket atışlarını pisləyib

BMT-nin baş katibi Antoniu Quterreş Şimali Koreyanın son raket buraxılışlarını pisləyib və Pxenyanı Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı danışıqlara qayıtmağa çağırıb.


7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Bu, baş katibin qınadığı açıq eskalasiyadır", - Düjarrik deyib.

Bu arada ABŞ BMT Təhlükəsizlik Şurasının oktyabrın 5-də Şimali Koreya ilə bağlı xüsusi iclasının keçirilməsini xahiş edib.

Qeyd edək ki, bu ilin əvvəlindən Şimali Koreya 23 dəfə raket sınağı həyata keçirib.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ