RU
Ramil Usubovdan mühüm əmr: İki generalın yerini dəyişdi
09:37
330

Ramil Usubovdan mühüm əmr: İki generalın yerini dəyişdi

Daxili işlər naziri, general-polkovnik Ramil Usubov iki yeni təyinat üzrə müvafiq əmr imzalayıb.

7News.Az-ın əldə etdiyi məlumata görə, Ramil Usubovun əmri ilə iki generalı yeri dəyişdirilib.

Onlardan biri Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov Çevik Polis Alayının komandiri təyin olunub.

Çevik Polis Alayının keçmiş komandiri, polis general-mayoru Zaur Abdullayev Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

İnformasiyanın doğruluğu DİN tərəfindən təsdiqlənib.

Qeyd edək ki, bu barədə ilk məlumatı unikal.org saytı dərc edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ