"Elitar Gənc Biznesmenlər Mərkəzi” İctimai Birliyi "Kənd yerlərində gənclərin karyera və şəxsi inkişafına yardım” layihəsinin icrasına başlayıb.
8-9 iyun tarixlərindəGöyçayda keçirilən təlimlərdəiştirakçılar üçün müxtəlif nəzəri vəpraktiki sessiyalar vasitəsilə karyera planlamasına yardım məqsədilə testlər və dəyərləndirmələr təşkil olunub, nəticələrə əsasən müvafiq məsləhətlər verilib. Oyunlar, qrup işləri təşkil olunub.
Layihənin məqsədi texnologiyanın inkişafı sayəsində lokal vəqlobal əmək bazarına daxil olan yeni peşələrin region gəncləri arasında tanıdılması, onların həmin peşələrəuyğunluğunun ölçülməsi, eləcə də iş axtarma, əmək bazarında layiqli mövqe tutmaya yönəlmiş karyera məsləhəti xidmətinin göstərilməsidir.
Layihə çərçivəsində növbəti təlimlərin Qəbələ vəİsmayıllı rayonlarında keçirilməsi planlaşdırılır.
Layihənin donoru Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.








