RU
RƏSMİ! Ordumuz bir ayda nə qədər şəhid verib? - SAY AÇIQLANDI
11:45
865

RƏSMİ! Ordumuz bir ayda nə qədər şəhid verib? - SAY AÇIQLANDI

Fevral ayında erməni silahlı bölmələri atəşkəs rejimini 1266 dəfə pozub. Ay ərzində Müdafiə Nazirliyinin təsdiq etdiyi məlumatlara əsasən erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, qumbaraatanlardan, 60, 82 və 120 millimetrlik minaatanlardan, 122 millimetrlik haubitsalardan, snayper tüfənglərindən və D-44 topundan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

7News.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, fevralda erməni silahlı bölmələri Silahlı Qüvvələrimizin Qazax, Tərtər, Tovuz, Ağdam, Füzuli, Cəbrayıl, Goranboy, Gədəbəy, Xocavənd, Göygöl, rayonlarında yerləşən mövqelərini atəşə tutub.

Ötən ay Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu bir neçə dəfə irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərinə soxulmağa cəhd göstəriblər. Əməliyyat şəraitinə uyğun olaraq dərhal görülən təxirəsalınmaz cavab tədbirləri nəticəsində atəşlə düşmənin kəşfiyyat-diversiya qrupu, müxtəlif mühəndis qurğuları, atəş nöqtələri, düşmənə məxsus və içərisində şəxsi heyət olan hərbi nəqliyyat vasitələri Azərbaycan Silahlı Qüvvələrinin sərrast atəşi ilə məhv edilib. Ölü və yaralı olaraq itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasının qarşısı alınarkən atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Qafarov Fuad Fərhad oğlu, Ermənistan silahlı bölmələri tərəfindən mövqelərimizin artilleriya atəşinə tutulması nəticəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Xəlilov Xanoğlan İntizam oğlu, Ermənistan silahlı qüvvələrinin bütün cəbhə boyu törətdiyi irimiqyaslı təxribatların qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Haşımlı Tural Əbdül oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim və Əhmədov Elvin Süleyman oğlu şəhid olublar.

9 Fevralda Rüstəmov Ülvi Əhməd oğlu Murovdağ silsiləsində xidməti vəzifələrini yerinə yetirərkən baş vermiş qar uçqunu nəticəsində həlak olub. 

Fevral ayında cəbhənin Talış kəndi istiqamətində Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar keçirməyə cəhd göstərən pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən məhv edilib.

Həmçinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin səyi nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən 2016-cı ilin dekabr ayının 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Çingiz Salman oğlu Qurbanova (ölümündən sonra) "Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
 
7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ