Məşhur amerikalı müğənni Rihanna aktrisalıq karyerasına da başlayıb. O, "Ocean's Eight" filmində baş rollardan birini oynayır.
7News.Az TMZ-yə istinadən bildirir ki, 28 yaşlı müğənni dünən Nyu-Yorkda, yeni filmin çəkiliş meydançasında idi.
Filmdə Rihannanın tərəf-müqabilləri Keyt Blanşett, Sandra Ballok və Enn Heteueydir.
Lentin ssenarisi açıqlanmasa da, The Hollywood Reporter-in məlumatına görə, film "Met Gala"dakı oğurluqdan bəhs edir.
7News.Az












