Reper "A$AP Rocky” özünün "Instagram” hesabından sevgilisi Rihanna və kiçik oğlu ilə nadir ailə fotolarını paylaşıb.
Kadrlar cütlüyün ilk övladının bir yaşının tamam olması münasibətilə yayımlanıb.
Reper silsilə fotolarına "Birinci ad günün mübarək RZA” şərhini yazıb.
Xatırladaq ki, bir il əvvəl Rihanna və "A$AP Rocky” ilk dəfə valideyn olublar. Cütlük hazırda ikinci övladlarını gözləyir.








