RU
Roma papası etiraf etdi: “Ayağım üçün bir az tekilaya ehtiyacım var” - VİDEO
15:10
116

Roma papası etiraf etdi: “Ayağım üçün bir az tekilaya ehtiyacım var” - VİDEO

Romada onu əhatəyə alan və danışmaq istəyən insanlarla səmimi və gülərüz davranan Roma papası, Katolik Kilsəsinin rəhbəri Fransisklə sağlamlığı haqqında soruşan bir tələbə arasında maraqlı bir dialoq yaşanıb.

"Papa Fransisk, ayağınız, diziniz necədir?", - deyə tələbə papanın sağlamlığı ilə maraqlanıb.

 Papa Fransisk isə bu suala zarafatla cavab verib.

"Ayağım üçün bir az tekilaya ehtiyacım var", - deyə o, gülərək vəziyyətinin normal olduğunu bildirib. Tələbə isə cavabında Santa Martaya gələcəklərini və onun üçün bir şüşə gətirəcəklərini deyib.

Bu maraqlı hadisə kameralara əks olunub./milli

7News.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ