RU
Ronaldu 940-cı qolunu vurdu, komandası mövsümə qələbə ilə başladı
13:44
833

Ronaldu 940-cı qolunu vurdu, komandası mövsümə qələbə ilə başladı

"Ən-Nəsr" komandasının 40 yaşlı forvardı Kriştianu Ronaldu karyerasında 940-cı qoluna imza atıb.

Portuqaliyalı hücumçu bu nailiyyətə Səudiyyə Ərəbistanı Pro Liqasının birinci turu çərçivəsində səfərdə "Ət-Taavun"a qarşı matçda çatıb.

Hücumçu komandasının ikinci qolunu penaltidən vurub.

"Ən-Nəsr" 0:5 hesabı ilə qələbə qazanıb. Feliksin het-trikə imza atdığı görüşdə daha bir dəfə Koman fərqlənib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ