Nyu-York çayına sərt eniş edən hidrotəyyarədə 2 nəfər yaralanıb
7News.az xəbər verir ki, Nyu-Yorkun Lonq Aylend şəhərindən havaya qalxan hidrotəyyarə naməlum səbəbdən fövqəladə vəziyyət elan etdikdən sonra Şərq çayına sərt eniş edib. Pilot da daxil olmaqla səkkiz nəfər təxliyə edilib. İkisi yüngül xəsarət alıb. Araşdırmalara başlanılıb.