RU
Ruhani:
19:00
208

Ruhani: "İstəsək, uranı 90%-ə qədər zənginləşdirə bilərik"

"İran Atom Enerji Qurumu uranı 20% və 60% saflıqda zənginləşdirə biləcək imkana sahibdir”.

Bunu İran prezidenti Həsən Ruhani deyib.

"Hətta bir gün reaktorlarımızda 90 faiz zənginləşdirməyə ehtiyac duyarsaq, bu məsələdə problemimiz yoxdur. Dinc məqsədlə 90% uranı zənginləşdirə bilərik”,- deyə o söyləyib.

ABŞ-ın İrana qarşı sanksiyalarından danışan Ruhani bu sansksiyaların ləğvinin gecikdiyini bildirib.

Xatırladaq ki, İranın yeni seçilmiş prezidenti İbrahim Rəisi avqust ayından vəzifə səlahiyyətləriin icrasına başlayacaq.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ