Rusiya Türkiyədən pilotsuz uçan aparatlar (PUA) və "Bayraktar” almaq niyyətdindədir.
Bu barədə ABŞ-da nəşr olunan strategiya və müdafiə mətbuat oranı olan " The National Interest” jurnalı yazıb.
Mətbu orqanının yazdığına görə, dünyanın silah nəhəngi olan Rusiya Türkiyədən pilotsuz uçan aparatları və "Bayraktar”la yaxından maraqlanır və almaq niyyətindədir. Məqalədə Türkiyə PUA-larının çox sayda Rusiya hava hücumundan müdafiə sistemini məhv etmək üçün istifadə edildiyi barədə iddialara baxmayaraq Moskva Türkiyə PUA-larına olan marağına mane olmadı.
Məqalədə deyilir ki, bəziləri Suriya tərəfindən idarə olunan çoxlu sayda Rusiya istehsalı olan hava hücumundan müdafiə sistemini məhv etmək üçün Türkiyənin SİHA-larından istifadə edilib.
Rusiya dünyada ən çox silah istehsal edib, ixrac edən ölkə olsa da, özü də son dövrlərdə silah idxalını artırıb. Məqalədə qeyd olunur ki, Moskvanın türk hərbi texnikasına, xüsusən də pilotsuz təyyarələrinə ciddi maraq göstərir və artıq bu silahın alıcısına çevrilmək ərəfəsindədir.
Türkiyə pilotsuz hava sistemlərinin (İHA) əsas istehsalçısı və istifadəçisi olmaqla yanaşı, həm də bu prosesdə əsas satıcıya çevrilib. Türk Aerokosmik Sənayesi (TAI) 2013-cü ildə Vaşinqton və Ankara arasında münasibətlərin korlanmasından sonra pilotsuz uçuş aparatlarının yaradılmasına başlayıb./report
7NEWS.Az








