
Şirkətin yaydığı açıqlamada deyilir: "Ermənistanı təbii qazla təmin edən Karmir Kamuc-Sevkar-Berd istiqamətindəki 1020 mm diametrli magistral qaz boru kəmərində qəza-bərpa işləri aparıldığından Gürcüstan ərazisindən Ermənistana təbii qazın verilməsinin yanvarın 14-ü səhər saat 7-dən etibarən yanvarın 15-i səhər saat 7-yədək dayandırılmasına zərurət yaranıb.
Ermənistandakı yeraltı təbii qaz anbarları stansiyalarından sutkada maksimum 6 milyon kubmetr qaz verilə biləcəyini nəzərə alaraq qəzanın və ya başqa arzuolunmaz hadisənin qarşısını almaq üçün ölkə ərazisindəki avtomobil qazdoldurma kompressor stansiyalarının və İrəvan istilik-elektrik stansiyasaının fəaliyyətinin dayandırılması məqbul bilinib".
Səhər saatlarından etibarən Ermənistanın bütün ərazisində təbii qazın və elektroenerjinin verilməsi dayandırılıb.
Xatırladaq ki, Rusiyanın "Qazprom" korporasiyası Ermənistana təbii qazın hər 1000 kubmetrini 165 dollardan satır.








