RU
Rusiya hərbçiləri Ukraynada bazarı vurub, 7 dinc sakin ölüb, 8-i yaralanıb
16:50
114

Rusiya hərbçiləri Ukraynada bazarı vurub, 7 dinc sakin ölüb, 8-i yaralanıb

Rusiya hərbçilərinin Ukraynanın Donetsk vilayətinin Avdeyevka şəhərinin mərkəzi bazarına zərbə endirməsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının sədri Pavel Kirilenko bildirib.

"Ukrayna ordusuna qarşı müqavimət göstərə bilməyən Rusiya hərbçiləri silahsız vətəndaşlarla belə "döyüşür”, - o bildirib.

Məlumata görə, oktyabrın 11-də Rusiya hərbçiləri Donetskin 6 dinc sakinini öldürüb.

Bildirilib ki, cənub və şərq istiqamətində Ukrayna Silahlı Qüvvələrinn əks-hücumu davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ