RU
Rusiya hipersəsli raket sınağı keçirdiyini açıqlayıb
19:50
490

Rusiya hipersəsli raket sınağı keçirdiyini açıqlayıb

Rusiya "Zirkon” hipersəsli raketin sınağını uğurla başa çatdırdığını açıqlayıb.

7NEWS.Az Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Sergey Şoyqu Prezident Vladimir Putinə məruzə edib.

Ağ dənizdə yerləşən "Admiral Qorşkov” freqatından buraxılan "Zirkon” raketləri hədəfi dəqiqliklə vurub.

Qeyd edək ki, "Zirkon” hipersəsli gəmiəleyhinə qanadlı raketləri 350 kilometr uzaqlıqda hədəfi dəqiqliklə məhv edə bilir.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ