RU
Rusiya ilə İngiltərə arasında gərginlik davam edir – Səfir Rusiya XİN-ə çağırıldı
16:10
331

Rusiya ilə İngiltərə arasında gərginlik davam edir – Səfir Rusiya XİN-ə çağırıldı

Böyük Britaniyanın səfiri Rusiya XİN-ə çağırılıb.

7News.Az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyanın Moskvadakı səfiri Debora Bronnert Sevastopolda Rusiyanın Qara dəniz donanmasına hücumla əlaqədar Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Britaniyalı səfirin gəlişi zamanı Rusiya XİN-in binasının girişində bir qrup etirazçı "Britaniya terrorçu ölkədir” şüarını səsləndirib.

Təxminən yarım saat nazirlikdə qalan Bronnert görüşündən sonra jurnalistlərin suallarını cavablandırmadan binanı tərk edib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ