RU
Rusiya Kiyevə 28 PUA ilə hücum edib, 1 nəfər ölüb, 4-ü yaralanıb
15:00
178

Rusiya Kiyevə 28 PUA ilə hücum edib, 1 nəfər ölüb, 4-ü yaralanıb

Ukraynanın paytaxtı Kiyevə pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

7News.Az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko bildirib.

O, yaralıların xəstəxanaya yerləşdirildiyini söyləyib. 

V.Kliçko həmçinin Kiyevə 28 PUA ilə hücum edildiyini, onlardan yalnız 5-nin şəhərdəki müxtəlif infrastrukturları vurduğunu, qalanlarının isə zərərsizləşdirildiyini açıqlayıb. 

Qeyd edək ki, bu gecə Rusiya Ordusu İran istehsallı PUA-larla Kiyevə hücum edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ