Rusiya prezidenti Vladimir Putin Ukraynada müharibədə iştirak etmiş əsgərlərə pulsuz torpaqların verilməsinə dair fərman imzalayıb .
Putinin orduya dəstək üçün əlavə tədbirlər haqqında imzaladığı fərman Rusiya Dövlət Hüquq İnformasiya Sisteminin rəsmi saytında dərc olunub .
Qərara əsasən "xüsusi hərbi əməliyyat"da iştirak edən və müstəsna xidmətlərinə görə dövlət mükafatı almış, eyni zamanda müharibə veteranı olmuş əsgərlərə Moskva vilayətində, Krım və Sevastopolda pulsuz torpaqlar verilməsi nəzərdə tutulur.
Həmçinin, müharibə zamanı və ya xəstəlik səbəbindən "xüsusi hərbi əməliyyat" bölgəsində həlak olan əsgərlərin yaxınlarına sosial dəstək verməsi də qeyd edilib.
Qərar imzalandığı gündən qüvvəyə minib.








