RU
Rusiya Polşa-Ukrayna sərhədindəki beynəlxalq avtomobil keçid məntəqəsinə dronla zərbə endirib
18:00
26

Rusiya Polşa-Ukrayna sərhədindəki beynəlxalq avtomobil keçid məntəqəsinə dronla zərbə endirib

Rusiya Ukraynanın Volın bölgəsində, Polşa-Ukrayna sərhədində yerləşən Yaqodin beynəlxalq avtomobil keçid məntəqəsinə "Geran" dronları ilə zərbə endirib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ukrayna sərhəd keçid məntəqələrinə müntəzəm zərbələr Ukrayna Silahlı Qüvvələrinin əsas nəqliyyat və logistika mərkəzləri ərazisində xarici hərbi yardım üçün yerüstü təchizat kanallarını pozmağa imkan verir.

Qeyd olunub ki, Yaqodin keçid məntəqəsi təxminən Ukraynanın Lutsk şəhəri ilə Polşanın Lublin şəhəri arasında yerləşir. Yaxınlıqda dəmir yolu xətləri keçir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ