Ötən gecə Rusiyanın Ukraynaya qarşı hücumu zamanı bir pilotsuz uçuş aparatı (PUA) Rumıniyanın milli hava məkanını pozub.
Bu barədə Rumıniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Qeyd edilib ki, radar sistemləri PUA-nı müəyyənləşdirdikdən sonra aparatla əlaqə sərhədə yaxın yerləşən Çiliya Veke kəndinin cənub-şərqində itib.
Xatırladaq ki, Rumıniya Ukrayna ilə 650 km-lik quru sərhədini bölüşür. Rusiya-Ukrayna münaqişəsi başlayandan bəri dəfələrlə Rusiya PUA-larının Rumıniyanın hava məkanını pozması və qalıqların ölkə ərazisinə düşməsi halları qeydə alınıb.








