RU
Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb
15:30
190

Rusiya səfiri Finlandiya XİN-ə çağırılıb

Rusiyanın Helsinkidəki səfiri Pavel Kuznetsov Finlandiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

7NEWS.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

Diplomata Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində keçirilən "referendum”larla bağlı Finlandiya hökumətinin etirazı çatdırılıb.

Qeyd edək ki, sentyabrın 23-dən 27-dək Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində "referendum” təşkil olunmuşdu. Rusiya Prezidenti Vladimir Putin oktyabrın 1-də həmin ərazilərin ölkəsinə birləşdiyini elan etmişdi.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ