RU
Rusiya sərhədçiləri Azərbaycan vətəndaşını saxladılar
15:11
454

Rusiya sərhədçiləri Azərbaycan vətəndaşını saxladılar

Dağıstan Respublikasının Yaraq-Qazmalar buraxılış məntəqəsindən "Mercedes-Benz Vito” markalı avtomobillə Rusiya Federasiyası ərazisinə keçmək istəyən Azərbaycan vətəndaşından  çoxlu miqdarda mobil telefon tapılaraq müsadirə olunub.

7News.Az Dagpravda.ru saytına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşının avtomobilində ümumi dəyəri 33 500 manat təşkil edən 40 ədəd "iPhone” və "Xiaomi Redmi Note” markalı telefon tapılıb.

Onun bu barədə məlumatları gömrük xidmətindən gizlədiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ