RU
Rusiya XİN Litva səfirliyinin əməkdaşını
19:30
272

Rusiya XİN Litva səfirliyinin əməkdaşını "arzuolunmaz şəxs" elan edib

Rusiya XİN Litva səfirliyinin diplomatlarından birini "arzuolunmaz şəxs" elan edib.

7NEWS.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rusiya XİN bunu Litvanın analoji addımına cavab tədbiri olaraq həyata keçirib.

Xatırladaq ki, bu ilin dekabrın 1-də Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi XİN-ə çağırılıb. Ona Rusiyanın Litvadakı səfirliyinin bir əməkdaşının "arzuolunmaz şəxs" (persona non qrata) kimi tanınması barədə nota təqdim edilib. Bu nota əməkdaşın fəaliyyətinin diplomatik statusu ilə bir araya sığmamasına görə verilib.
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ