RU
Rusiyada 250-yə yaxın insanın qalıqları tapılıb
10:40
68

Rusiyada 250-yə yaxın insanın qalıqları tapılıb

Rusiyanın Pskov vilayətinin Dno rayonunda aparılan axtarış ekspedisiyası zamanı təxminən 250 nəfərin qalıqları aşkarlanıb.

7News.Az "Kommersant"a istinadən xəbər verir ki, Böyük Vətən müharibəsi illərində həmin ərazidə nasist konslageri yerləşib.

Qazıntılar "Tələbə yaddaş növbəsi: Şimal-Qərb cəbhəsi" adlı XV regionlararası ekspedisiya çərçivəsində aparılıb. Axtarış işləri artıq başa çatıb.

Aşkarlanan medalyonlar və şəxsi əşyalar vasitəsilə altı hərbçinin kimliyini ilkin olaraq müəyyənləşdirmək mümkün olub. Ekspertiza başa çatdıqdan sonra onların qohumlarının axtarışına başlanılacaq.

Hərbçilərin və mülki şəxslərin qalıqlarının zəruri prosedurlar tamamlandıqdan sonra kütləvi məzarlıqda ehtiramla dəfn edilməsi planlaşdırılır.

Ekspedisiya zamanı toplanan materiallar, həmçinin "Müddəti olmayan tarix" layihəsi çərçivəsində soyqırımı işi üzrə araşdırmaya əlavə edilməsi üçün Rusiya İstintaq Komitəsinə təqdim olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ