Rusiya Federasiyasının Kalmıkiya Respublikasının Çernozemelsk rayonunda Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "Ford Transit” markalı avtomobil qəzaya uğrayıb.
7News.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Komsomolsk-Artezian yolunda baş verən hadisə zamanı sürücü idarəetməni itirib və avtomobil dərəyə yuvarlanıb.
Qəza zamanı altı nəfər xəsarət alıb. Onlar yaxınlıqdakı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırmalar aparılır.
7News.Az








